Şahmar dedi adına Vahid Çəmənli

Şahmar dedi adına Vahid Çəmənli

Türk dünyasının gözəl şairi Şahmar Əkbərzadəyə həsr olunur.



Anam bir sonaydı, nənəm bir sona...
(Şahmar Əkbərzadə)

Sözləri kəlmə - kəlmə
Elə şirin deyirdin,
Hər sözünün önündə,
Çiçəklər büzüşürdü.
Ürəyimdən çəkilən
Sarı simə dəyirdin,
Gözlərimdən üzümə
Şeh damlası düşürdi...

Şahmar dedi adına
Bir zaman atan, anan,
Şahmar kimi sərt ola
Bəlkə üzün hər zaman...
Sən Şahmar yox şah idin
Gözlərindən nur daman,-
Üzündə payızla yaz,
Qışla yay öpüşürdü.

Ayrı cür yaratmışdı
Səni ana təbiət,
Bir kimsəyə haqq-nahaq,
Eyləməzdin nəsihət.
Hamıya ərk edərdin,
Amma qoymazdın minnət,
Yalançılar, sözbazlar
Yanından sivişirdi.

Çəmənlidən başlayan
Dünyalara yol aldın,
Yollar üstə açılan
Yaz nəfəsli gül oldun...
Yandın Vətən eşqinə,
Qovurğa tək qovruldun,
Canın odun, atəşinin
Közlərində bişirdi.

Vətən elə Vətəndi,
Altı nədi üstü nə?..
Sona dedin anana,
Sona dedin nənənə.
Həyat müjdə gətirdi
Altmışıncı sənənə,
Ana torpaq qoynunda
Əzizlər görüşürdü...

30.08.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 03.09.2018
Beğeniler: 35
Favoriler: 0
İzlenmeler: 568
rank
favori
like
share