Sən yazmısan Vahid Çəmənli

Sən yazmısan Vahid Çəmənli

Qardaş olsam, yüz qardaşa xoş gələrəm
Bir daş olsam, qara daşa tuş gələrəm...
Sinəm dolu, dərgahına boş gələrəm,
Nəyim varsa, nəyim yoxsa Sən yazmısan.

Söz deməyə qüdrət verdin, alanı yox,
Dedin - düz de, düz də dedim, yalanı yox,
Gedənim çox, gələnim yox, qalanım yox,
Azım azsa, çoxum çoxsa, Sən yazmısan.

Mən nə deyim, nə söz yazım yağlı-yağlı,
Ayaq yorğun, göz dumanlı, ürək dağlı…
Baş içində sözlərim var cağbacağlı,
Baş içindən hər nə çıxsa, Sən yazmısan.

Qürbət eldə yuva qurmaq asan olmur,
Yol göstərən, dayaq olan insan olmur,
Hicran qəmi uzun olur, qısa olmur,
Axır bu qəm məni yıxsa, Sən yazmısan.

Vahid, bir gün arzularım yerə ensə,
Ürəyimdə nəşə dolu sazım dinsə,
Uğur adlı mələk bir də geri dönsə,
Gülə-gülə mənə baxsa, Sən yazmısan.

04.09.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 04.09.2018
Beğeniler: 33
Favoriler: 0
İzlenmeler: 481
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 18:05