Nə yatmısan qoca bağban Vahid Çəmənli

Nə yatmısan qoca bağban Vahid Çəmənli

Nə yatmısan qoca bağban,
Bağını talan edirlər.
Elə şirin yatmısan ki,
Ölmüsən - güman edirlər...

Çəpərinı yarıb yağı,
Qırıb tökürlər budağı,
Şax, şəvəl doldurub bağı,
Bülbüllər fəğan edirlər.

Arx quruyub, göldə su yox,
Güllər solub, qoxusu yox...
Zalımların qorxusu yox,
Aşkara tuğyan edirlər.

Vallah yuxu səni yıxıb,
Yanıram, halına baxıb...
İtlərin də xain çıxıb,
Yalandan ham-ham edirlər.

Xəzəl olub yandı yonca,
Gün də qalxdı dam boyunca...
Doğrular yatıb doyunca,
Oğrular bayram edirlər...

15.09.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 17.09.2018
Beğeniler: 23
Favoriler: 0
İzlenmeler: 424
rank
favori
like
share