Yenə payız gəlir Vahid Çəmənli

Yenə payız gəlir Vahid Çəmənli


Yenə payız gəlir,
Yenə dağların
Günəşi, yağışı dolaşıq düşür.
Min rəngə boyanan yamaclarımın
Sarısı, yaşılı qarışıq düşür.

Əsir sərin – sərin sabah yelləri,
Tarlaya səsləyir zərif əlləri...
Şövq ilə açılır payız gülləri,
Səhərin boynuna sarmaşıq düşür.

Toylar sevənləri yetirir kama,
Şərbət həzin-həzin süzülür cama...
Durna lələyinə bürünür səma,
Sozalan çəmənə ağ işıq düşür.

Ay Vahid, qarışıq olsa da zaman,
Vətəndən, millətdən qalma nigaran...
Şərur yallısında halaya duran
Hər nazlı gözələ bir aşiq düşür.

18.09.2018

Şəkildə: Azərbaycan. Göy göldə payız. (Foto internetdən götürülmüşdür)


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 18.09.2018
Beğeniler: 34
Favoriler: 0
İzlenmeler: 587
rank
favori
like
share