Bilmirəm dünyanın harasındayam Vahid Çəmənli

Bilmirəm dünyanın harasındayam Vahid Çəmənli



Ağlımı başımdan almısan gözəl,
Bilmirəm dünyanın harasındayam.
Canlılar içində axtarma mənı,
Çoxdan cansızların sırasındayam.

Elə düşmüşəm ki özüm də şərə,
Görünmür gözümə daha yan-yörə...
Bölüb kipriklərin məni yüz yerə,
Bilmirəm, ta hansı parasındayam.

Vədəsiz bu sevda canımı sıxdı.
Aldığım nəfəs də nəfəs yox, ahdı...
Ay Vahid, aram ol, Vallah günahdı,
Çəhənnəm əhlinin arasındayam.

21.09.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 21.09.2018
Beğeniler: 34
Favoriler: 0
İzlenmeler: 549
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 10:05