Çox da gileylənmə söz tükənəndə Vahid Çəmənli

Çox da gileylənmə söz tükənəndə Vahid Çəmənli

Dostum Sakit Məmmədova həsr edirəm.

Çox da gileylənmə söz tükənəndə,
Qələmdən, kağızdan ayrıl bir az da.
Əl atıb bir işin qulpundan yapış,
Su ver bir ağaca, bir çala qaz da...

Demə, vaxt daralır, ömür boş gedir,
Boş gedən bir ömür kimə xoş gedir?
Yaşa da güvənmə, ağıl, huş gedir,
Bir ola bilərmi qış ilə yaz da?..

Göylərdə çox uçdu şair xəyalın,
Gör, yerdə olanın necədi halı?
Dolan asta - asta elı, mahalı,
Qoy görsün boyunu oğul da, qız da.

Şair bu dünyanın can yanğısıdı,
Ən şirin, ən dadlı yalançısıdı...
Hər söz sağlamlığın talançısıdı,
Ürək də alışar, dil də, ağız da.

Sakit, su qayıdar gəldiyi arxa,
Axar asta – asta, tökülər çarxa.
Vahid də söz yazmaz ta qorxa, qorxa,
Oxuyan tapılar, qalmaz kağızda...

25.09.2018




DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 01.10.2018
Beğeniler: 32
Favoriler: 0
İzlenmeler: 472
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 05:55