Atam balası

Atam balası



Sənsiz nələr çəkdim, hesaba gəlməz
Mənsiz darıxdınmı, atam balası?
Oğrun baxışlarla səmanı süzüb,
Yollara baxdınmı, atam balası?

Dedilər, könüldən könülə yol var.
Var da, canım, gözüm, amma dardı, dar...
Köçəndə durnalar, ələyəndə qar,
Ocağı yaxdınmı, atam balası?

Ümidlər kəsilməz xeyir xəbərdən,
Allahım qorusun xatadan, şərdən...
Hənirti səsinə diksinib hərdən,
Doqqaza çıxdınmı, atam balası?

Kövrək zamanındı, üzməsin həsrət,
Canına, başına çox elə diqqət.
Ayrılıq özü də hikmətdi, hikmət,
Qafana taxdınmı, atam balası?

Qəzalar adlatdıq haqda, nahaqda.
Düşünmək vaxtımı indi o haqda?..
Vahid çox yaşadı səndən uzaqda,
Qayıtmaq vaxtınmı, atam balası?

22.09.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 05.10.2018
Beğeniler: 33
Favoriler: 0
İzlenmeler: 496
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 22:20