Bu səhər üzümə güldü sonbahar Vahid Çəmənli

Bu səhər üzümə güldü sonbahar Vahid Çəmənli

Bu səhər üzümə güldü sonbahar,
Həzin bir təbəssüm dodağa gəldi.
Üfüqdən boylandı qırmızı Günəş,
Şəkili ağappaq yanağa gəldi.

Yarpaqlar budaqda alışdı, yandı,
Küçələr al-əlvan nura boyandı...
Alagöz gözəllər tezdən oyandı,
Sənəklə, kuzəylə bulağa gəldi.

Çəpərin üstündə sarmaşıq gülü,
Bəxtəvər elədi gözü, könülü...
Dəcəl sərçələrin açıldı dili,
Ciggilti sədası qulağa gəldi.

Ay Vahid, şirindi, dadlıdı həyat,
Xəzan da bahar tək qurur toy - büsat,
Dayanma, vaxt gedir, sən də yaz-yarat,
Bəlkə, bir gün ellər sorağa gəldi.
19.10.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 19.10.2018
Beğeniler: 36
Favoriler: 0
İzlenmeler: 596
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 21:20