Fələklə nərtaxta oynama, gözəl Vahid Çəmənli

Fələklə nərtaxta oynama, gözəl Vahid Çəmənli



Fələklə nərtaxta oynama, gözəi,
Vaxtında beşini, şeşini atar.
Hər bir xanəsində yüz tələsi var..
Vallahi, adamın leşini atar.

Sənin “dü bir” – inə atar “sə” qoşa,
“Sə bir” - lə ümidin çırpılar daşa...
Vurar şeş qoşayla oyunu başa,
Birin yox, üçün yox, beşini atar.

Bu dünya hasilə gələndən bəri,
Fırlandı, çox başlar qopartdı pəri...
Cütləyər əlində o qoşa zəri,
Üstünə bir qara daşını atar...


Vahid Çəmənli

30.10.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 31.10.2018
Beğeniler: 31
Favoriler: 0
İzlenmeler: 453
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 21:35