Sevginin tanışı bilişi olmur Vahid Çəmənli

Sevginin tanışı bilişi olmur Vahid Çəmənli



Özümüz zamanı qarşıdırırıq,
Zamanın bizimlə bir işi olmur...
Şəri insan səpir Yerin üzünə,
Başqa canlıların şər işi olmur.

Gedirik, bilmirik dağdı, dərədi,
Günümüz yüyənsiz, çılğın dəvədi...
Hər an bir imkandı, bir girəvədi,
Əlindən çıxdısa, dönüşü olmur.

Gedir dayanmadan zamanın köçü,
Soruşmur, ay yolçu, nəçisən, nəçi...
Üzündə əks olar hər kəsin içi,
Qəlbi qaraların gülüşü olmur.

Sudan hər kəs bir cür çıxarır çulun,
Xeyir axtarmayın, xeyirxah olun...
Haqq üçün nə fərqi ağanın, qulun,
Sevginin tanışı, bilişi olmur

29.10.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 02.11.2018
Beğeniler: 36
Favoriler: 0
İzlenmeler: 523
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 14:55