Bu Vahiddi, Pərizadın gədəsi Vahid Çəmənli

Bu Vahiddi, Pərizadın gədəsi Vahid Çəmənli



Çıxıb getdin, nisgilin də qoy getsin.
Əvvəl - axır gedəsidir, gedəsi.
Nə sən apar özünlə bir xatirə,
Nə mən olum yollarını güdəsi...

Nə yazdımsa, el oxudu birbəbir,
Söruşdular, çəkmədiyin ad nədir?
Necə deyim, bu vədəsiz sevgidir,
Gözlərimin didəsidir, didəsi...

Aşıq oldum, dərd bağladı ürəyim,
Üçdu qalam, uçdu qürur dirəyim...
Bu yaşımda sevda nəyə gərəyim?
Varlığımın hədəsidir, hədəsi.

Çıxıb getdin, alov tutdu sinə, yar,
Bu alovum bir də çətin sönə, yar,
Məzarımı göstərərlər sənə, yar,
Bu Vahiddi, Pərizadın gədəsi...

Vahid Çəmənli

07.11.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 07.11.2018
Beğeniler: 32
Favoriler: 0
İzlenmeler: 474
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 16:20