Üştübündən Nüvədiyə baxan dost Vahid Çəmənli

Üştübündən Nüvədiyə baxan dost Vahid Çəmənli



Üştübündən Nüvədiyə baxan dost,
Gözlərinin didəsinə qurbanam.
Düşmənlərə əsir olan bu kəndin
Xəzan düşən vədəsinə qurbanam.

O yamaclar ürəyimi oxlayır,
Güllərini yağı düşmən qoxlayır…
Əllərimin istisini saxlayır,
Dərəsinə, təpəsinə qurbanam.

Qulağıma dərdli gəlir avazı,
Qismətimdən necə olum irazı,
Mənsiz axıb yorğun düşən Arazın,
Dalğasına, ləpəsinə qurbanam.

Bir addımdı bu tayımdan o taya,
Namərd düşmən hasar çəkib araya...
Qanad açıb qonaydım bir qayaya,
Kəkliklərin nəğməsinə qurbanam.

Vətən, Vətən həsrətindən dağlıyam,
Vahidinəm, əli - qolu bağlıyam,
Bəlkə sənə ürəyimi yolluyam?
Həzin, həlim nəfəsinə qurbanam!

Vahid Çəmənli

10.11.2018

Foto Üstübünlü dostum Əhməd Üştübünlünündür!


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 10.11.2018
Beğeniler: 31
Favoriler: 0
İzlenmeler: 464
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 10:55