Mükafatın yekəsi  Vahid Çəmənli

Mükafatın yekəsi Vahid Çəmənli



Əgər şair qələm alsa əlinə,
Demək, gəlib sazın, sözün vədəsi.
Nəğmə qoşub bir gözəlin telinə,
Bülbül kimi ötəsidir, ötəsi...

Mənim bağım nə solar, nə talanar!
Sarmaşıqlar sarı - sarı sallanar,
Yar nazlanar, gül bağını dolanar,
Mən olaram doqqazında bitəsi.

Yer böyükdü, hər tərəfdə varam mən,
Atəşəm mən, alovam mən, nuram mən;
Gərək burda elə dəsgah quram mən,
Baxıb yana Amerika qitəsi...

Çağır Vahid, dostlarını danışdır,
Şux misralar ürəyinə naxışdır...
Söz bitdimi, qopub gələn alqışdır
Mükafatın ən azmanı, yekəsi...

14.11.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 14.11.2018
Beğeniler: 35
Favoriler: 0
İzlenmeler: 576
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 20:20