Ömür yolu Vahid Çəmənli

Ömür yolu Vahid Çəmənli



Vahid Çəmənli

Umdum, bahar gələr, çiçəklər açar,
Yarısı küləyə, yağışa getdi.
Qalan yarısına ümid bağladım,
O da bir qıyğacı baxışa getdi.

Bir vədə köməyə ehtiyac oldu,
Gözlərim tox oldu, qarnım ac oldu.
Nə bir yardım oldu, nə əlac oldu.
Gümanım qəpiyə, quruşa getdi.

Güllərin içində gül tutdu zərim,
Daşıb selə döndü həyat cövhərim.
Parladı, alışdı ləlim, gövhərim,
Döndü ilmələrə, naxışa getdi.

Sonra payız gəldi, sevdim yenidən,
Olmadım laqeyid, nəfini güdən.
Yandım Kərəm kimi çılğın sevgidən,
Yollarım baş aldı, yoxuşa getdi.

İki oğul verdi Allahım mənə,
Düşdüm səcdəsinə mən dönə - dönə.
Elə bil dünyaya qayıtdım yenə,
Günlərim duaya, alqışa getdi.

Şirin nəğmələrə könül bağladım,
Eldə şair Vahid çağrıldı adım...
Ömür yollarında güldüm, ağladım,
Sevincim, kədərim yanaşı getdi!

02.12.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 02.12.2018
Beğeniler: 22
Favoriler: 0
İzlenmeler: 324
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 21:45