Getdi Vahid Çəmənli

Getdi Vahid Çəmənli

Getdi

Dostum Mayil Adilova həsr edirəm.

Dedim, misralardan bir çələng hörüm,
Çiçəklər çəməndən sovuldu getdi.
Baharmı gecikdi, qışmı ləngidi?
Adəmmi cənnətdən qovuldu getdi?

Üzündə təbəssüm girdi qapıdan,
Pərişan halımı gördü qapıdan.
Şəst ilə bir salam verdi qapıdan,
Əhvalım bir anda duruldu getdi.

Onu xəlq eləyib Rəbbim xoş anda,
Təpər var ürəkdə, təpər var canda.
Vətən məhəbbəti çağladı qanda,
Murova, Kəpəzə soruldu getdi.

Dəlidağ şöhrəti, Kəlbəcər yurdu,
Basılmaz, üstünə gəlsə də ordu...
Neçə düşmənləri gözündən vurdu,
Əsgər tək silaha sarıldı getdi.

Ağıl yaşda deyil, Vahid başdadı
Söhbəti başqadı, sözü başqadı...
Dostlar məclisində yeri başdadı,
Görənlər Mayıla vuruldu getdi!..
10.12.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 14.12.2018
Beğeniler: 23
Favoriler: 0
İzlenmeler: 402
rank
favori
like
share