Hayıf oldu Vahid Çəmənli

Hayıf oldu Vahid Çəmənli

Dərdindən üzüldüm ay dərdli yurdum,
Güllərin saraldı, çöl hayıf oldu.
Qoynunda min illər toy – büsat quran
Obalar dağıldı, el hayıf oldu.

Kimlərim qəhr oldu, kimlərim sağdı?
İndi dağım Aran, Aranım dağdı.
Xəzan yağışları qəlbimə yağdı.
Qovuşdu ümmana sel hayıf oldu.

Namərdin gülləsi çıxmadı boşa,
Dəydi neçə dosta, neçə sirdaşa.
Düşman baharımı döndərdi qışa,
Fəsillər dolaşdı, il hayıf oldu.

Tənha Dəlidağım, ay ömrüm, günüm,
Bir daha qoynuna düşərmi yönüm?
Ürfan məclisində nə təhər dinim?
Boğazım qurudu, dil hayıf oldu.

Yurdum neçə şəhər, neçə kənd idi,
Ləhcəsi, şivəsi şəkər - qənd idi...
Vahidəm, göz yaşım himə bənd idi,
Töküldü gözümdən göl hayıf oldu.
15.12.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 15.12.2018
Beğeniler: 27
Favoriler: 0
İzlenmeler: 474
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 18:55