Olmayanda Vahid Çəmənli

Olmayanda Vahid Çəmənli



Səpər Yer üzünə Günəş nurunu,
Dünya əlvan geyər hərb olmayanda.
Göz gülər, üzlərə təbəssüm qonar,
Bəd sözdən ürəyə zərb olmayanda.

Qönçələr açılar hər səhər çağı,
Ətrinə qərq edər aranı dağı...
Şeh düşər, parlayar gülün dodağı,
Külək əsən tərəf Qərb olmayanda...

Ədavət çox yurdu elədi viran,
Kimdi səbəb olan?
Varmı bir soran?..
Günah bağışlanar Vahid, qəlb qıran
Könül bulandıran səbb (1) olmayanda...

(səbb - söyüş, qarğış, iftira)


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 30.01.2019
Beğeniler: 34
Favoriler: 0
İzlenmeler: 534
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 13:20