Nə yazıq, yetişdi qışı ömrümün,
Bu qışın nəyini nəzmə çəkirəm?
Küləyə sovrulan naşı ömrümün,
Suyunu çıxarıb süzmə çəkirəm.
Dedilər, bu fani dünya beş gündü,
Ondan cəmi üçü toydu, düyündü...
Qalan iki günüm qəmli göründü,
O qəmli günləri həzmə çəkirəm.
Ay Vahid, su kimi axdıqca hər an,
Baş gedir, huş gedir, əldən çıxır can...
Cavan günlərimi elədim talan,
Qocalıq çağımda bəzmə çəkirəm.
02.02.2019