Yaz gəlir Vahid Çəmənli

Yaz gəlir Vahid Çəmənli

İran İslam Respublikasında Nəbati Ustadi - Pirin ziyarətinə getmək istəyirdim. Əhməd Üştübünlü mənə yazdı ki, baharda gəl. Sən demə, Üştübün dağları da mənim həsrətimi çəkirmiş. Tələsdirdi baharı. Fevralda dağlarda açan Novruzgülünə baxın...

Dedin gözlə, bahar gəlsin
açılsın lalə, nərgizlər,
Qışda bahar gəldi dostum,
o dağlar da məni gözlər.

Məcnun kimi dolanmışdı
Ustadi - Pir bu yerləri,
Hər daşında, qayasında
İndiyəcən durur izlər.

Şair güllü yamaclarda
Bulmadı bir şikar nədən?
Şux nəğməlı kəklilkləri
Sərt qayalar, daşlar gızlər.

O tayımda Nüvədidir,
Həsrətindən külə döndük,
Nalə edər şair qəlbi,
Sel kimi yaş tökər gözlər.

Vahid, sən də bir qonaqsan
Dadlı Vətən torpağında.
Bir ananın övladıyıq,
Nə fərqi var, - sizlər, bizlər...
Vahid Çəmənli
02.02.2019


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 07.02.2019
Beğeniler: 24
Favoriler: 0
İzlenmeler: 383
rank
favori
like
share