Ağ atıma yenə minən günümdü Vahid Çəmənli

Ağ atıma yenə minən günümdü Vahid Çəmənli

Salma məni hər uğursuz oyuna,
Dil quruyan, könül dinən günümdü.
İlqarına bel bağladım, nə fayda,
İlqarımın üzü dönən günümdü.

Dağ döşündə qara batdı cığırlar,
Yol azdılar tərs keçilər, sığırlar...
Axşamıma dolu kimi yağırlar,
Səhərimə qəhər enən günümdü.

Qoy qapılar açıq qalsın, - bağlama,
Yetişməyib yar göndərən bağlama...
Dəli ozan, çox Kərəmi ağlama,
Kərəmiyə yanıb, sönən günümdü.

Dövrə vurur soyuq yellər başımda,
Bir ağrılı kədər qalıb huşumda...
Çırpınıram ən pərişan yaşımda,
Zirvələrdən Yerə sinən günümdü.

Həyat eşqim alov tutar, odlanar,
Bu alova sevən ürək qatlanar...
Şair Vahid atdan düşər, atlanar,
Ağ atıma yenə minən günümdü.
08.02.2019


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 08.02.2019
Beğeniler: 35
Favoriler: 0
İzlenmeler: 530
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 19:05