Ürfan məclisində yerim boş qaldı Vahid Çəmənli

Ürfan məclisində yerim boş qaldı Vahid Çəmənli

Ürfan məclisində yerim boş qaldı.
Dedillər səbr elə, bəlkə yaz oldu.
Çox yazın ləzzəti damağımdadı,
Andıqca, açıldı keyfim saz oldu.

Bir həsrət, bir nisgil, bir də qəmli qəm,
Yığışıb, başımda olmuşdular cəm.
Bəs harda ləngidi dərdbilən həmdəm?
Sərvi uçub getdi, quru naz oldu.

Evin abaddımı, ay evi abad?
O gözəl heç səni eylədimi şad?
Sənə dad, mənə də quruca bir ad,
Bu quru ad ilə nə avaz oldu?

Qonub yad budağa oxuyan bülbül,
Əcəbdi, xar ilə ülfət etdi gül.
Demə, özgəsinə bağladı könül,
Yazı yaz olmadı, sərt ayaz oldu.

Vahid sınağında bişdi zamanın,
Günahkar aşıqın halına yanın...
Ödədi haqqını hər keçən anın,
Göz düşdü çuxura, başı daz oldu!


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 09.02.2019
Beğeniler: 38
Favoriler: 0
İzlenmeler: 529
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 15:55