Daha o yerlərə bilet satan yox Vahid Çəmənli

Daha o yerlərə bilet satan yox Vahid Çəmənli


Dostum, Kəlbəcər torpağının vətənpərvər oğlu Mail Adilova həsr edirəm.

Daha o yerlərə bələd olan yox,
Daha o yerlərə bilet satan yox...
O yerdə yolları ot - ələf basıb,
Dağını, düzünü naxələf basıb.

Üfüqdən üfüqə zəmisi yoxdu,
Kimisi qaçqındı,
kimisi yoxdu...

Xırmanda dənini sovuran yoxdu.
Köhnə dəyirmana su vuran yoxdu

Gəlmir, bir hənirti gəlmir qulağa
Daha yamaclarda çadır qurulmur.
Gözəllər sənəklə enmir bulağa,
Daha bulaqların suyu durulmur...

Qartallar qıy vurmur orada daha...
Gecələr sübhəcən ağlayır kaha.

Soyuq bir gizilti keçir canımdan.
Qurulmur o yerdə toy mağarları.
Azıb yollarını dağ cığırları,
Düz gedir min illik kəndin yanından...


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 13.02.2019
Beğeniler: 28
Favoriler: 0
İzlenmeler: 462
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 23:00