Qış ola Vahid Çəmənli

Qış ola Vahid Çəmənli

Qış gələ...
Çəkilib isti otağa,
Yar ilə aranı xəlvət edəsən.
Baxasan
nur saçan tər yanağına,
Tutub əllərindən ülfət edəsən...

Çöldə həzin – həzin narın qar yağa.
Ağ örtük sərilə bağcaya, bağa,
Şirin gülüş qona incə dodağa,
Bahardan,
rüzgardan söhbət edəsən.

Hərdənbir
eşəsən ocağın közün,
Atəşi qarsıya, yandıra üzün.
İsti sərməst edə yanağın, gözün,
Nazlana...
Nazına diqqət edəsən.

Vahid, çıxarasan vüsalın dadın,
Dodağın titrəyə çəkəndə adın.
Sonra...
Sonra çıxa qoşa qanadın,
Bu qışı çiçəkli cənnət edəsən...

13.02.2019


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 13.02.2019
Beğeniler: 32
Favoriler: 0
İzlenmeler: 500
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 08:20