Vahid Çəmənli Demə

Vahid Çəmənli Demə

Atəşinə yandı canım, ta başdan dəngəm, demə,
Qövsi – qüzeh zərrəsiyəm, bax neçə rəngəm, demə...
Peyman etdin, peymanına vəfalı ol dünyada,
Aşıb daşsa səbir kasan, əlində təngəm, demə.

Dağ başında duman olar,Bu hökmü - təbiətdi.
Cəfa çəkdin yar yolunda, Sızlama, əziyyətdi...
Əhdə sadiq olmaq özü ən böyük ibadətdi,
Tərk eləmə ibadətı, şeytanla cəngəm, demə.

Haqdan gələn hər nə varsa qəbul elə səbr ilə,
Vətəninə xor baxana bu dünyanı qəbr elə.
Fəqirə kim cəbr eləsə, sən də ona cəbr elə,
Hünər göstər, ta yalandan tiri – xədəngəm(1), demə.

El içində alnı açıq, üzünü də ağ elə,
Zəhmət ilə dörd yanını gül çiçəkli bağ elə.
Vahid, qəlbi həqiqətə, məhəbbətə tağ elə,
Keşiyində dur həmişə, mən belə səngəm demə.


14.02.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 17.02.2019
Beğeniler: 31
Favoriler: 0
İzlenmeler: 489
rank
favori
like
share