Hələ ürəyimdə ayaq izi var Vahid Çəmənli

Hələ ürəyimdə ayaq izi var Vahid Çəmənli

Hələ də qəlbimdə ayaq izi var,
Qəlbimi yoluna sərdiklərimdən.
Neçəsin əfv etdim, amma neçəsi
Gizlədir gözünü gördüklərimdən.

Can dedim, can verdim haqqın yolunda,
Haqqına girmədim qara qulun da.
Heyif, həyatımın dolaylarında,
Qeyb edib, huşumdan sildiklərimdən.

Xəyalım dolanır zirvədə, dikdə,
Allahım düzünü eyləyər diktə...
Yarımçıq bir ömrə qoyulmaz nöqtə,
İbrət etməyincə güldüklərimdən.

Hələ az yaşadım, hələ az gördüm,
Neçə xəzan gördüm, neçə yaz gördüm?..
Çox aşıq dinlədim, çox avaz gördüm,
Üstə qanadımı gərdiklərimdən...

Vahidəm, sevgimi daşa bağladım,
O, Yar dediyimlə qoşa bağladım...
Görünür, ümidi boşa bağladım,
Ömür bağcasından dərdiklərimdən.

14.02.2019


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 19.02.2019
Beğeniler: 29
Favoriler: 0
İzlenmeler: 450
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 08:55