Gedər  Vahid Çəmənli

Gedər Vahid Çəmənli


Əşir həzin – həzin fevral yelləri
Az qalıb, bu çilə çıxar da gedər,
Gül açar yenə də bağcalar, bağlar,
Dəlisov şimşəklər çaxar da gedər.

Nəğmələr doldurar yalı, yamacı,
Oxuyar kəkliyi, xallı turacı.
Gözəllər xəlvəti süzər qıyğacı,
Sinəmi odlara yaxar da gedər.

Soruşsam bir səhər Nəbati harda?
Hər misran hay salar, - burdadı, burda.
Vahid də izlərin yaşayan yurda
Sənin gözlərinlə baxar da gedər
05.02.2019


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 23.02.2019
Beğeniler: 35
Favoriler: 0
İzlenmeler: 530
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 20:35