Düşüb Vahid Çəmənli

Düşüb Vahid Çəmənli



Çırpıb qapıları çıxıb getmisən,
Qaranlıq otaqda can oda düşüb.
Gedəndə ocağı yaxıb getmisən,
Bir ürək qalmışdı, ta o da düşüb.

Hərdən şimşək çaxır, nurlanır otaq,
Kölgələr oyanır olur min budaq...
Əjdaha kimidi dediyin qınaq,
O da hücum çəkir, qanada düşüb!

Vahidəm əlimdə don tutub tikəm,
Kədərin nazını nə qədər çəkəm...
Xəyallar içində yenə təmtəkəm,
Özüm də bilmirəm, kim yada düşüb!
05.03.2019


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 07.03.2019
Beğeniler: 32
Favoriler: 0
İzlenmeler: 501
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 01:35