Var  Vahid Çəmənli

Var Vahid Çəmənli



Sənin dərgahına min illik yoldu,
Min dəfə yıxılıb, durmağı da var.
Hər tərəf daşlıqdı, tikanlı koldu,
Hərdən kölgəliyi, irmağı da var.

Qəhr etməm ömrümü qarda, boranda,
Küləklər yanımda dövrə vuranda...
Tək – tənha keçdiyim yollar yoranda,
Ürəyin ümidlə vurmağı da var.

Deyirlər, pozulmaz Haqqın qədəri,
Var onun şirini, acıtəhəri...
Adın çəkiləndə soyuq kədərı, -
Bir xoş təbəssümün sarmağı da var.

Birgə qarşıladıq axşamı, danı,
Səninlə gözəldir günün hər anı...
Ümidəm, bularam Cənnət məkanı,
İçimdə Günəşin doğmağı da var!

Sən Varsan! Adilsən! Ulusan! Haqsan!
Uca xilqətində tapılmaz nöqsan...
Nur kimi qəlbinə, könlünə axsan,
Vahidin zülməti boğmağı da var.
14.03.2019


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 14.03.2019
Beğeniler: 35
Favoriler: 0
İzlenmeler: 484
rank
favori
like
share