Gəlmişəm Vahid Çəmənli

Gəlmişəm Vahid Çəmənli

Gəlmişəm

Qaxaca dönmüşəm, çiyim qalmayıb,
Mən saz havasından bişib çıxmışam.
Elə qovrulmuşam, cızdağım çıxıb,
Şerin tavasından bişib çıxmışam.

Adıi Çəfakeş

Könlümə toxunma, havalıyam mən,
Yanıq Kərəmidə bişib gəlmişəm.
Yenə hay — harayla cənuba uçan
Durna qatarından düşüb gəlmişəm.

Əlimdə mum olar dəmir də, daş da,
Bir əlim qələmdə, bir əlim xışda.
Yerimi göstərin yuxarı başda,
Göylərin köksünü deşib gəlmişəm.

Güzarım haradı, bilmirəm özüm,
Günəşi gözləyir qan çəkən gözüm.
Yağı qarşısında qatlanmaz dizim,
Vüqarlı dağları aşıb gəlmişəm.

Adım da, soyum da uludur ulu,
Mən Oguz nəsliyəm — bir dəli dolu.
Kim kəsər zirvəyə aparan yolu,
Qartal tək qıy vurub, coşub gəlmişəm.

Ən uca məqama gedən bir yolam,
Aşığam, şairəm,
Bir əhli — halam
Ay Vahid, Vətəndi basılmaz qalam,
Şəninə bir nəğmə qoşub gəlmişəm.
02.12.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 16.03.2019
Beğeniler: 35
Favoriler: 0
İzlenmeler: 531
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 05:20