Göy göl Vahid Çəmənli

Göy göl Vahid Çəmənli



Sənin görüşünə gəlmişəm bu gün,
Min ilin şahidi, ay ulu Göy ğöl.
Nə qədər sərt imiş, dolanbac imiş,
Enişli-yoxuşlu dağ yolu, Göy ğöl.

Buludlar sarmışdı başının üstün,
Büllur sularından qalxırdı tüstün...
Üzün turşumuşdu, nə idi qəsdin?
Duman bürümüşdü sağ-solu Göy ğöl.

Yanına enmədim, dayandım gendə,
İsitdin Vahidi soyuqlu gündə.
Sən bir dağ gözəli, mən aşiq bəndə,
Rəhm elə, əzizlə mən qulu, Göy göl
24.03.2019
Göy göl.


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 30.03.2019
Beğeniler: 35
Favoriler: 0
İzlenmeler: 551
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 10:15