Gül fəsli gələndə Vahid Çəmənli

Gül fəsli gələndə Vahid Çəmənli


Gül fəsli gələndə tərk etdin meyi,
Ağlın harda idi, ay ağlı xarab?
Xəyyam badə - badə içdi Cənnəti,
Önündə Cəhənnəm gətirmədi tab.

Ey huşyar, yerində olsa da ağlın,
Daima nigaran, daima dalğın.
Əllərin qoynunda, bənizin solğun,
Gecələr gözündən iraq düşdü xab.

Qatdın bir – birinə baharı, qışı,
Qeyb oldu gülüşün, gəldi göz yaşı...
Dərd mindi boynuna, dedi: - di daşı,
Dostlar məclisində boş qaldı boş, qab!

Ay Vahid, kim bilir neçə ah etdin?
Bir savab etdinsə, min günah etdin.
Haqqın divanına sən pənah etdin,
Etməz qiyamətdə bağrını kabab...

09.04.2019


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 16.04.2019
Beğeniler: 35
Favoriler: 0
İzlenmeler: 531
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 18:35