Ey bahar küləyi Vahid Çəmənli

Ey bahar küləyi Vahid Çəmənli

Ey bahar küləyi...

Ey bahar küləyi, yorğundu könlüm,
Bir az da al məni, qoluna götür.
Dumanlı dağları aşıb bir anda,
Göytəpə - Çəmənli yoluna götür.

Son qoyum sinəmdə həsrət dağına,
Çıxım seyrangaha turş nar bağına...
Sarı bülbül qonan gül budağına,
Tək – tənha itburnu koluna götür.

Ağalıq bağını gördüm röyada,
Başına dolanım, tez yetiş dada...
Arxüstü yol ilə, payi – piyada,
Sütül alçaların boluna götür.

Ey külək, nəfəsim daraldı yaman...
Vahid Çəmənlidi səndən dad uman.
Məni Söyüdlüdə od tutub yanan,
Xallı lalələrin alına götür!
17.04.2019


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 20.04.2019
Beğeniler: 37
Favoriler: 0
İzlenmeler: 575
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 14:45