Çəkərlər  Vahid Çəmənli

Çəkərlər Vahid Çəmənli


Könül, qəm eləmə, bitər bu çilə,
Yazın bir ucunu qışa çəkərlər.
Gah yağar, gah əsər, gah da gün çıxar,
Günəşi buludla qoşa çəkərlər.

Gəzdim ana yurdu ev – ev, kəndbəkənd,
Tanıdım hamını, yerindədir zənd...
Çox sözə - söhbətə heç olmadım bənd,
Naşıdır desələr, huşa çəkərlər.

Dünyanın işindən olmasan halı,
Qınama dostları, eli, mahalı!
Gün gələr süzülər sözünün balı,
Səni də hörmətlə başa çəkərlər!

Ay Vahid, səfərə hazır ol hər an,
Bir gün gedəsidir hər doğulan can.
Zaman var–yoxunu etsə də talan,
Şəklini bahalı daşa çəkərlər!

Vahid Çəmənli

24.04.2019