Məhəbbət əfsanəsi Vahid Çəmənli

Məhəbbət əfsanəsi Vahid Çəmənli


Arif Məlikovun xatirəsinə


Bir içim su idi səni unutmaq,
Silmək ağrı verən adını belə...
Bəs niyə unuda bilmədim səni?
Qaladım sinəmə odunu belə.

Budurmu, dediyin o sevda, filan,
Qum kimi, çöp kimi gözümə dolan...
Deyirdim, məhəbbət yalandı, yalan,
Anlaya bilmədim dadını belə.

Vahid, çox dedilər həyat dadlıdı.
Bu həyat deyil ki, - qapazaltıdı.
Ruhum yox, görünən boş qaraltıdı,
Çətin, bir də sevəm qadını belə...

Vahid Çəmənli

13.05.2019


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 13.05.2019
Beğeniler: 16
Favoriler: 0
İzlenmeler: 279
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 21:25