Qədr Surəsinin ərəbcə oxunuşu və azərbaycanca tərcüməsi

Qədr Surəsinin ərəbcə oxunuşu və azərbaycanca tərcüməsi

Qədr surəsi (Qədr gecəsi surəsi)
Qurani-Kərimin 97-ci Surəsi
Məkkədə nazil olub, 5 Ayədir

Muhəmməd peyğəmbər (s.ə.s) buyurub: “Kim ki, Qədr surəsini oxusa, elə bil bir ay oruc tutub və Qədr gecəsində əhya saxlayıb”

Bismillahir-Rəhmanir-Rəhim
(Ərəbcə)

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ
وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ
لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ
تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ
سَلَامٌ هِيَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ

Bismillahir-Rəhmanir-Rəhim
97) SURƏTUL-QƏDR
(Ərəbcə oxunuşu – transkripsiya)

İnna ənzəlnahu fi ləylətil-qədr
Və ma ədrakə ma ləylətul-qədr
LəylətuI-qədri xəyrun–min əlfi şəhr
Tənəzzəlul-məIa-‘ikətu vər-ruhu fiha bi-izni-rəbbihimmin-kulli əmr
Səlamun hiyə hətta mətlə-‘iI-fəcr


Uca ALLAH-ın adı ilə
97. Qədr Surəsi
(Azərbaycanca tərcüməsi)

1 Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!
2 (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!
3 Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).
4 O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
5 O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)

Azərbaycanca tərcümə: Bünyadov-Məmmədəliyev

alıntı..


DETAYLAR
Kategori : İslami Mövzular - Azərbaycan
Ekleme Tarihi : 27.05.2019
Beğeniler: 25
Favoriler: 0
İzlenmeler: 392
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 21:00