Oğlum  Valehə Vahid Çəmənli

Oğlum Valehə Vahid Çəmənli


Adını mən qoydum,
Halalın olsun.
Babanın adıdır, -
daşı mərdana.
El – oba içində ağ et üzünü,
Yaşa baban kimi mərdi - mərdana.

Dolaşıq yollardan uzaq ol, oğlum,
Ananın gözünə çıraq ol, oğlum...
Atana dar gündə dayaq ol, oğlum,
Desinlər, nə yaxşı doğub mərd ana!

Od sönər,
Yerində qalar odlu köz.
Yolun asanın seç,
Çətinə də döz...
Atan Vahid yazdı bir neçə xoş söz,
Sənə,
Xaliqinə,
Şahi - Mərdana...

25.06.2019

Vahid Çəmənli


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 26.06.2019
Beğeniler: 24
Favoriler: 0
İzlenmeler: 369
rank
favori
like
share