Bir Fəqir yolçuyam Vahid çəmənli

Bir Fəqir yolçuyam Vahid çəmənli

BİR FƏQİR YOLÇUYAM

Mən nə Haqq Rəsulu, nə də imamam,
Nə həddim, anladam o Dürrü-Kanı?
Necə dövr eləyir fələyin çarxı?
Bəxş edir cahana axşamı, danı.

Haradan haraya yol alır bəşər?
Niyə düz azalır?
Niyə çoxdu şər?
Nə üçün mütləqa gələcək məhşər?
Görən, haqlayacaq hansı üqbanı?

Bir fəqir yolçuyam, niyyətim şəfqət,
Mənə də xoş gəlir düzlük, ədalət.
Niyə səfalətə düşür cəmiyyət?
Bölür təbəqəyə kasıbı, xanı?

Dünyanın əşrəfi zavallı insan,
Yarandığın gündən qan tökürsən, qan...
Sən kimə yaxşılıq eylədin ehsan?
Döydün təpəsinə çıxınca canı.

Kimdi bəlaların başında duran?
Söylə, günahkarmı Allah, ya Quran?
Kim edir cahanı yer ilə yeksan?
Cəhənnəm eyləyir cənnət məkanı.

Qəhr olur baharım,
Qəhr olur qışım,
Kədərdən, ələmdən açılmır başım...
İnamsız bu həyat boşdur, qardaşım,
Vahidin nalədir, ahdır hər anı…

Vahid Çəmənli

27.05.2019


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 13.09.2019
Beğeniler: 32
Favoriler: 0
İzlenmeler: 478
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 17:00