Vahid Çəmənli Qəzəl

Vahid Çəmənli Qəzəl

Bu qədər qəm çəkir aşıq, səbəbi - qəm nədiki?
Qəm çəkən qəmbaz olar, qəmdə Əqlikəm nədiki?

Damla-damla əriyər can gözümün yaşı ilə,
Şəm ilə etmə qiyas, mumdan olan şəm nədiki?

Çəkilim xəlvətə yar, ismini zikr etmək üçün,
Mənə bir hücrə gərək, zülmət olan ləm nədiki?

Bu dərdin əncamı var, zühr edə yar, hasil olar,
Ahını zildən elə, bəlkə duya, bəm nədiki?

Şükr elə Haqqa hər an, ömür verən bəxt də verər,
Əqlə hacət nə gərək, onda olan kəm nədiki?

Hərə öz halı ilə cəmdə olar sübhə qədər,
Sübh olar, cəm dağılar, kim soruşar cəm nədiki?

Var idi Vahidimiz, sadiq idi ilqarına,
Pir olan yerdə deyin, Vahidi sərsəm nədiki?

Vahid Çəmənli

27.09.2019


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 28.09.2019
Beğeniler: 34
Favoriler: 0
İzlenmeler: 518
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 14:25