Səni tanımayan nə bəxtəvərdi

Səni tanımayan nə bəxtəvərdi

Səni tanımayan nə bəxtəvərdi,
Gözünün yaşları axıb sel olmur.
Səsini eşitmir,
Üzünü görmür,
Hər gün atəşinə yanıb kül olmur.

Dəli tək çöllərdə tənha dolaşmır,
Dost ilə çəpləşmir,
Yadla dalaşımır.
Naləsi, fəryadı dağları aşmır,
Kədəri böyüyüb dəvə, fil olmur.

Vahid, uzaq dayan o şux gözəldən,
Qalan ağlını da verərsən əldən.
Hənirsiz keçməsən sonalı göldən,
Sonra yan almağa bir sahil olmur.

20.12.2019


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 03.01.2020
Beğeniler: 24
Favoriler: 0
İzlenmeler: 365
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 19:25