Nə işin var qoruqda  Vahid Çəmənli

Nə işin var qoruqda Vahid Çəmənli



Ay səni, arıq keçi,
Nə işin var qoruqda?
Görmürsən, boz canavar
Necə yatıb marıqda?

Şar kimi şişib kefin...
İndi alınar kəfin.
Bu otun, bu ələfin,
Sahibi var qıraqda.

Belə soyuq havada,
Başın gedər davada.
Ətin bişər tavada,
Dərin gedər çarıqda.

12.01.2020


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 13.01.2020
Beğeniler: 29
Favoriler: 0
İzlenmeler: 439
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 21:50