İradə Polad Hacıqabulda şəhidləri yad edib

İradə Polad Hacıqabulda şəhidləri yad edib

58 saylı Hacıqabul-Kürdəmir Seçki dairəsindən deputatlığa namizəd olan Nəsirova İradə Polad qızı (İradə Polad) Seçki qərargahının üzvləri ilə birlikdə Hacıqabulda 20 Yanvar Şəhidlər Xiyabanını ziyarət edib. Faciə qurbanlarının məzarlarına gül dəstələri qoyaraq, onların xatirəsini yad edib. İ. Nəsirova müharibə veteranları ilə də ayaqüstü görüşüb. Namizəd Azərbaycanın bütövlüyü uğrunda döyüşən, qəhrəmanlıq göstərən, canını vətənə qurban verən şəhidlərlə fəxr etdiyini söyləyib. İ. Nəsirova tezliklə Dağlıq Qarabağın işğaldan azad olunacağına ümid etdiyini, bu mübarizədə həmrəylik və birliyin zəruriliyini qeyd edib.

Leyla Turan


DETAYLAR
Kategori : Azərbaycanca xəbərlər
Ekleme Tarihi : 27.01.2020
Beğeniler: 17
Favoriler: 0
İzlenmeler: 265
rank
favori
like
share