QHT sektorundan parlament seçkilərinə kimlərlə gedir?

QHT sektorundan parlament seçkilərinə kimlərlə gedir?

9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədlərin qeydə alınması prosesi davam edir.

Seçki prosesində Vətəndaş Cəmiyyəti Təşkilatlarının nümayəndələri də fəal iştiak edir.
SosialMedia.az namizədliyi qeydə alınan VCT nümayəndələrinin siyahısını təqdim edir.

1. Çingiz Bayramov, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri, Milli Qeyri – Hökumət Təşkilatları Forumunun idarə heyətinin üzvü – 16 saylı Yasamal ikinci seçki dairəsi
2. Səbinə Kərimova, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin (ƏSMİD) sədri 43 saylı Sumqayıt üçüncü seçki dairəsi
3.Ceyhun Musaoğlu, Jurnalist Ekspert Mərkəzinin rəhbəri – 45 saylı Abşeron seçki dairəsi
4. Səbuhi Abbasov, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının sədri -47 saylı Mingəçevir seçki dairəsi
5.Azər Verdiyev, Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq – 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi
6.Nailə İsmayılova, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri – 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi
7.Mehdi Mehdiyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, Əfqanıstan müharibəsi veteranı, Qarabağ müharibəsi əlili, şəhid qardaşı, Azərbaycan Bayrağı ordenli, Prezident yanında əfv komissiyasının üzvü, ehtiyatda olan polkovnik – 50 saylı Abşeron-Qobustan seçki dairəsi
8. Azər Həsrət, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü,əməkdar jurnalist – 55 saylı Xaçmaz şəhər seçki dairəsi
9. İradə Polad, Mərhəmət Kimsəsizlərə Yardım İctimai birliyi sədri – 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi
10. Ilqar Hüseynli, Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti – 79 saylı İmişli seçki dairəsi
11. Vüqar Bayramov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı ekspert – 84 saylı Füzuli seçki dairəsi
12. Ramil Göyüşov, “Qərb-resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri- 107 saylı Qazax seçki dairəsi
13. Samirə Mustafayeva “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri- 88 saylı Göyçay seçki dairəsi
14. Məmmədova Aynur Tofiq qızı,“Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası” ictimai Birliyin sədri- 91 saylı Ucar seçki dairəsi
15. Mətanət Əsgərqızı, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri,-94 saylı Bərdə seçki dairəsi
16. Abdullayeva Mehriban,”Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-nin sədri -16 saylı Yasamal ikinci seçki dairəsi
17. Babayev Fəxrəddin, “İntibah” Xeyriyyə Cəmiyyəti, İB-nin sədri -16 saylı Yasamal ikinci seçki dairəsi
18. Niyaməddin Orduxanlı, “Bələdiyyələrin İnkişafına yardım” İctimai Birliyinin sədri, BAXCP sədrinin müavini, tanınmış politoloq 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi
19. Etibar Əliyev, “XXI əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru -31 saylı Suraxanı ikinci seçki dairəsi
20. Kamil Həmidov “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin sədri – 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi
21.Akif Nağı, Qarabağ Azadlıq Təşkilatının sədri-9 saylı Binəqədi ikinci seçki dairəsi
22.Günel Səfərova, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Biliyinin sədri -9 saylı Binəqədi ikinci seçki dairəsi
23.Qorxmaz İbrahimli, “Biosfer” İctimai Birliyinin sədri -10 saylı Binəqədi üçüncü Seçki Dairəsi
24.Məhsəti Hüseynova, “Gənclərin Töhfəsi İctimai Birliyinin icraçı direktoru,- 20 saylı Nərimanov 2-ci Seçki Dairəsi
25.Şaban Nəsirov, “İctimai İştirakçılığın Dəstəklənməsi ” İB-nin sədri -54 saylı Şabran-Siyəzən Seçki dairəsi
26.Fərid Şahbazlı, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri – 78 saylı Lerik seçki dairəsi
27.Nəsimi Həsənov, “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Biliyinin sədri -83 saylı Ağcabədi-Füzuli seçki dairəsi
28.Könül Quliyeva, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri, tanınmış ictimai fəal və hüquqşünas -95 saylı Tərtər seçki dairəsi
29.Rövşən Bağırov, Gənclərin Sosial İnkişafına Dəstək ictimai birliyinin sədri -77 saylı Astara seçki dairəsi

alıntı....


DETAYLAR
Kategori : Azərbaycanca xəbərlər
Ekleme Tarihi : 27.01.2020
Beğeniler: 17
Favoriler: 0
İzlenmeler: 297
rank
favori
like
share