Laçınım bizi haraylayır körpə uşaq tək-İradə Polad

Laçınım bizi haraylayır körpə uşaq tək-İradə Polad

Bu illər icimdə hicran dağı parcaladı.O,məni cağırır o məni haraylayır istəyir ki ona qovuşum lacınım .Sənin hər daşın hər dağın mənə belə əzizdır .Üşaqlıq illərimin xatirəsi sənsən ulu qədim Laçınım.Hər lacınlı görəndə kövrəlirəm və elə hiss edirəm ki qayıdacağıq.O illərdə düşmənlər bizi ayaqyalın qoydular bizi didərgin saldıar ,o anlar gözümün önünə gələndə qəhər boğur məni.göz yaşımı elə dəmləyib icirəm,Həsrətini cəkəndə sanki zəhər boğur məni.

Bürüdü dağlarını düşmənlər,Laçın
Səndən ayrı düşdü sevənlər,Laçın
Unudarmı səni görənlər,Laçın
Vətənin həsrəti yandırır məni.

Qısa xatırlama verirəm lap sovet dönəminə qayıdaq.
Laçın Azərbaycanın ən dilbər guşələrindən biri idi. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa, Xocavənd, cənubdan Qubadlı, qərbdən isə Gorus, Sisian (Qarakilsə) rayonları ilə həmsərhəd idi. 1992-ci ilin 18 mayınadək o dağların qoynunda 60 min nəfər əhali yaşayırdı. 125 kənddən ibarət olan Laçın həm təbiət etibarilə, həm də qiymətli tarixi memarlıq abidələrinə görə respublikamızın ən zəngin rayonlarından biri idi. Laçın rayonunda 54 dünya və yerli əhəmiyyətli tarixi və mədəniyyət abidələri qalmışdı.
Ötən əsrin 1905-1907, 1915-1918-ci illərində də ermənilər dəfələrlə Laçına hücum etmiş, oranı ələ keçirməyə çalışmışlar. Lakin həmişə daşnakların qarşısı Laçın dağlarında, gədiklərində alınmış, onlar öz istəklərinə çata bilməmişdi. Xüsusilə də xalq qəhrəmanı Sultan bəy Muradovun igidliyi nəticəsində ermənilər ağır itki vermişlər. Sovet hakimiyyəti qurulduqdan sonra Zəngəzur iki yerə parçalandı. Böyük bir hissəsi (Qarakilsə, Gorus, Mehri, Qafan) qondarma Ermənistan dövlətinə verildi. Zəngilan, Qubadlı, Laçın Azərbaycanın tərkibində qaldı. Bununla da həm böyük bir mahalın – Zəngəzurun sinəsinə çalın-çarpaz dağ çəkildi, həm də qədim Naxçıvan öz doğma anasından – böyük Azərbaycandan aralı düşdü. Əslində Sovet hakimiyyəti ermənilərin arzularının böyük bir qismini gerçəkləşdirmiş oldu. Azərbaycan torpaqları üzərində hayların ilk dəfə rəsmi olaraq Ermənistan adlanan dövləti yaradıldı. Amma torpaq iddiasında olan namərd ermənilər “Böyük Ermənistan” xülyasını həyata keçirmək üçün hər an fürsət gözləyirdilər.

İradə Polad

19 May 2015 il


DETAYLAR
Kategori : Azərbaycan Tarixi
Ekleme Tarihi : 01.02.2020
Beğeniler: 31
Favoriler: 0
İzlenmeler: 497
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 04:05