Mən eşq atəşiyəm  Vahid Çəmənli

Mən eşq atəşiyəm Vahid Çəmənli



(Karantin günlərində yazılmış şeir)

Mən bir od parçası,
Sən bir ovuc su,
Töküldün üstümə, cızdağım çıxdı.
Olanım, qalanım bir can qorxusu,
O da sönüb getdi, gözdağım çıxdı.

İçi boş olanda güyüm səs edər,
Ürək güyüm deyil səs sala, gülüm.
Odu söndürməyə suyun bəs edər,
Qorxmursan, ürəyin boşala, gülüm?

Soyuqluq ilantək sarılar sənə,
Qalan təpərin də vizhavız çıxar...
Mən eşq atəşiyəm,-
Sönsəm də, yenə
Külümün altından təzə köz çıxar.

01.05.2020

Vahid Çəmənli