Ərdoğan necə dünya miqyaslı lider oldu?

Ərdoğan necə dünya miqyaslı lider oldu?

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq dünya liderləri sırasında ən nüfuzlu dövlət başçılarından biri kimi qəbul edilir.

Bəs Ərdoğan nə etdi və necə davrandı ki, dünya miqyaslı liderə çevrilə bildi?

Bu sualı cavablandırmaq üçün Ərdoğanın siyasi fəaliyyətindəki uğurları sadalamaq fikrində deyiləm.

Ərdoğanın siyasi uğuruna əsas verən mənəvi dəyərlər daha maraqlıdır. İlk növbədə Ərdoğanı dünyanın ən nüfuzlu liderlərindən edən onun şəxsi keyfiyyətləridir. Onun əzəmətli türk tarixini yaxşı bilməsi Ərdoğanın milli kimliyinə qürurverici inamı onu müasir dövrün sərkərdəsinə çevirib. Türkiyənin tarixi Milli kimliyinin müasir dövrlə uyğunsuzluğu sözsüz ki, Ərdoğanda yaratmış natamamlıq hissini onun stimuluna çevirib."

SNN NEWS.AZ xəbər verir ki, bunu hüquqşünas, Qarabağ qazisi, AJB-nin üzvü, publisist, politoloq, VI çağırış Milli Məclisə deputatlığa namizəd Vüqar Dadaşov deyib.

Vüqar Dadaşov qeyd edib:

"Ərdoğan dünya liderləri arasında siyasi dürüstlüyü ilə seçilən tək bir rəhbərlərdəndir. Vladimir Putinin Ərdoğan haqqında dediyi fikirləri onun xarakterinin izahıdır. Rusiya Prezidenti Ərdoğanı danışıqlarda razılaşdırılmışlara tam əməl edən, publik çıxışları ilə gizli danışıqları üst-üstə düşən lider kimi tanıdığı barədə söylədikləri var. Siyasətdə əksər halda publik çıxışlarla gizli danışıqlar üst-üstə düşmədiyi halda Ərdoğanda tam əksinədir yəni, publik çıxışı danışıqların mahiyyətini əks etdirən dürüst siyasətçidir. Yeri gəlmişkən, Ərdoğan səslənməsi mümkün olmayan informasiya barədə susmağı bacaran bir şəxs kimi tanınır. Bu davranışı Ərdoğanı dünya liderləri arşında inanılan etibarlı tərəf müqabili, sözü bütöv siyasətçi kimi təsdiqləyib və təbii ki, onu bir tam şəxsiyyət kimi hətta düşmənlərinə sevdirib. ABŞ Prezidenti Donald Trampın Ərdoğan haqqında “Ərdoğan dünya səviyyəli şahmatçıdır. Bəzi dövlət rəhbərləri mənə zəng edərək Ərdoğana zəng etməyimi istəyirlər” kimi fikirləri qeyd edilənlərə çoxlu sübutlardan biridir. Bu baxımdan Ərdoğan müasir dünya siyasətinə “siyasi dürüstlük” kimi anlayışı gətirən və onun effektli olduğunu praktik sübut etmiş ilk siyasətçidir.

Həzrəti Əlinin bir kəlamında deyilir: “ lideri lider edən onun ətrafıdır”. Ərdoğan siyasi idarəçilikdə xüsusi hissiyyatı ilə seçilən komanda yığmaq bacarığına malikdir. Ərdoğanın komandası, onun bütün tapşırıqlarını və iradəsini tam qəbul edərək çəkilmiş xətdən kənara çıxmır. Ərdoğan şəraitə görə komandasnın aşağı çinli məmurlarının fikirlərini heç bir zaman təkzib etmədiyi ilə seçilir. Yəni, Ərdoğanın komandasının hər bir üzü tam olaraq konkret müəyyən fikri səsləndirir və bütövlükdə həyata keçirir. Ərdoğanın sözçüsünün, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və sair dövlət orqanlarının rəsmi nümayəndələrinin və rəhbərlərinin səsləndirdikləri fikirlər tam şəkildə vəhdətlik təşkil edir. Onlardan hər hansı birinin səsləndirdiyi fikirlər dünya ictimaiyyəti tərəfindən tam ciddi və Türkiyə dövlət mövqeyi kimi qəbul edilir. Rusiyanın nüfuzlu RBK xəbər agentliyi Ərdoğanın sözçüsü İbrahim Kalını və ümumiyyətlə Türkiyə rəhbərliyinin “sözü havaya demir” bildirmişdir. Dünya nəhəng dövlətlərinin, ABŞ, Rusiya, Fransa və sair dövlətlərinin rəsmilərinin eyni predmet üzrə bir-birini təkzib edən fikirləri mütəmadi xarakter alıb əsasən də, ABŞ-da və Rusiyada belə müxtəlifliyə geniş rast gəlinir. Ərdoğanın komandasında bir-birini təkzib edən fikirlərə demək olar ki, rast gəlinmir. Bu göstərici isə onun sübutudur ki, Ərdoğan dövlət idarəçilik sistemində vahid düşüncəyə malik vəhdət idarəçilik sistemi yarada bilib. Təbii ki, bu onun ancaq şəxsi bacarığının nəticəsidir.

Türkiyə Prezidenti Ərdoğan beynəlxalq siyasi arenada “blef” deyilən vasitədən istifadə etmədiyi artıq təsdiqlənib. Bu qənaət isə o deməkdir ki, Ərdoğan praktik siyasətçi kimi, siyasi situasiyanı düzgün qiymətləndirib dəqiq proqnoza uyğun hərəkətini qabaqcadan elan edir.

Türkiyənin dünya hegemonlarından və Rəcəb Tayyib Ərdoğanı dünya liderlərindən birinə çevirilməyinin əsasında başlıca və əvəz edilməz faktor Türk Millət faktorudur. Bu mövzu olduqca genişdir. Ancaq, qısa şəkildə qeyd etmək istərdim ki, ümumiyyətlə bəşər tarixində türk böyüklüyü, əzəmətli türk hərb tarixi kimi, bir keçmişə malik bir millət əvvəl-axır özünün əzəmətli tarixini təkrarlamlı idi. Yəqin ki, çoxlarının rast gəldiyi belə bir deyim var: “türklər savaşa başlarsa cəhənnəmdə şeytanı əsir alar”. Bu deyim, türk millətin döyüş əzminin nə qədər yüksək olduğunu cəmləşdirən bir fikir kimi qəbul edilir. Məhz türk əsgəri, dünyanı lərzəyə gətirən və dünyanın 20-dən çox ən möhtəşəm imperiyalarını qurmuş, dünyanın 4/3-nə sahib olmuş bir millətdir. Təbii ki, hər bir türkün şüuraltı düşüncəsində bu qaliblik və möhtəşəmlik daima yaşayır. Dünya xalqları türk əsgərinin qalibiyyət hisinin, məğlubedilməzliyinin, dövlətçilik və imperiya hissinin ölçüyə gəlməz dərəcədə yüksək olduğunu tarix boyu səsləndirib. Türk əsgəri, türk ordusu türk dövlətçiliyinin tarix boyu qarantı olmuşdur. Təsadüfi deyil ki, Türkiyədə son dəyişikliklərə qədər Konstitusiyaya görə müasir türk dövlət hakimiyyətinin qarantı məhz ordu hesab edilirdi. Bir məqamı da qeyd edim. Ümumiyyətlə, bəşər övladı iki cür xoşbəxt olur: fərdi və ya qrup şəklində. Qrup şəklində xoşbəxtlik insanın möhtəşəm bir dövlətə malik olması, onu təmsil etməsi ilə gələn bir hisdir. Türk qardaşlarımızda özünü möhtəşəm bir dövlətin nümayəndəsi olmaq hissi onun özünün xoşbəxt olması anlamıdır. Odur ki, türklərdə möhtəşəm dövlətçilik hissi özünü ifadə etmək hissidir.

Təbii ki, türk millətinin bəşər tarixində Rəcəb Tayyib Ərdoğan kimi yeni və növbəti lider yetişdirməsi daxili türk milli kimliyin və millətin psixoloji tələbatının nəticəsidir, Türkiyənin dövlət kimi, yeni dünya tarixində söz sahibi kimi qəbul edilməsi, zaman məsələsi olsa da, çox ehtimal olunan idi.

Türk qardaşlarımızın uğurlarına görə sevinməyə və qürur duymaq biz Azərbaycan türklərinin mənəvi haqqıdır."

alınti....