Qiyamətə qədər bitməz bu savaş Vahid Çəmənli

Qiyamətə qədər bitməz bu savaş Vahid Çəmənli


Tərs keçilər kimi qaşınır canı,
Göz dağı çəkdirir bizə bir əyyaş.
Yüz il də gözləsək, döyüşdür sonu,
Qiyamətə qədər bitməz bu savaş.

Qurur Qarabağda işrət məclisi,
Anlamır, axacaq gözlərindən yaş.
Meydanı boş görüb qıcıdır dişi,
Qiyamətə qədər bitməz bu savaş.

Vətənim dardadı, yurdum dardadı,
Elə bil sinəmdən daş asılıb, daş.
Şəhid məzarları intizardadı,
Qiyamətə qədər bitməz bu savaş.

Ey qəddar, qaniçən, - oyanıb türküm,
Əcəl köhləninə min yavaş-yavaş.
Aç kinli gözünü, yaxşı bax, gör ki,
Qiyamətə qədər bitməz bu savaş.

Uzat dost əlini, ey Turan eli,
Nə gündə gərəkdir qardaşa qardaş?
Sənə kəc baxann kəsilsin dili,
Qiyamətə qədər bitməz bu savaş!

15.09.2020