Turan eli Vahid Çəmənli

Turan eli Vahid Çəmənli


Sən Ulu Turanı nə hesab etdin?
Tarixlər şahidi qədim elim var.
Onun hər varağı qanla yazılıb,
Həm qılınc, həm qələm tutan əlim var.

İndi doxsanıncı il deyil, anla,
Üstümə gəlirsən bir sürü yanla.
Savaşdan çıxarsan böyük ziyanla,
Mənə zülm edənə cavab zülüm var!

Türk oğlu Türkəm mən, bilənlər bilər,
Qılıncla kim gəlsə qılıncdan ölər.
Alovum, atəşim bağrını dələr,
Murovtək, Qoşqartək sınmaz belim var

Qısnaya bilməzsən sən məni küncə,
Mənim igidlərim yüzlərcə, mincə.
Bakı, Dərbənd, Quba, Naxçıvan, Gəncə...
Hələ Təbizim var, Anadolum var.
Bakım, Naxçıvanım, İstambulum var!!!
28.07.2020