Yaxşılıq Haqda Atalar Sözləri

Yaxşılıq Haqda Atalar Sözləri


“Dünyada bir pislik qalar, bir də yaxşılıq”. “Pisliyi torpağa əkdilər, göyərmədi”. “Başqasına pislik edən özünə etmiş olar”.

“Ömrün bərəkəti yaxşı əməl ilədir”. “Dünyada ən yaxşı şey yaxşılıqdır”. “Yaxşı ki, dünyada yaxşı varmış, yoxsa dünya tərk olardı yaman əlindən”. “Fürsət əldə ikən yaxşılıq eylə”. “Yazıq o adamdır ki, yaxşılıq etmir”. “Yaxşılıq edən yaxşılıq görər”. “Yaxşıya yaxşı de, yaxşılığı artsın, yamana yaxşı de, yamanlığı qayıtsın”.

“Bir qarınc yaxşılığı, bir çimdik yamanlıq pozar”. “Yaxşılıq elə, minnət qoyma”. “Yaxşılıq elǝyib bir şey umursansa etmǝsǝn yaxşıdır”. “Yaxşılıq elə at dəryaya, balıq bilməz, Xalıq bilər”. “Yaxşılığın əcrin Allahdan istə”.

“Mǝn demǝdim, sǝn eşitmǝdin”. “Kimə yaxşılıq elədin, özünü ondan qoru”.

Vüqar Haqverdiyev

alıntı


DETAYLAR
Kategori : Atalar Sözləri
Ekleme Tarihi : 15.06.2015
Beğeniler: 7
Favoriler: 0
İzlenmeler: 47168
rank
favori
like
share