Bulaqlar

Reklam
Reklam
Bu səhər üzümə güldü sonbahar Vahid Çəmənli

Bu səhər üzümə güldü sonbahar Vahid Çəmənli

Bu səhər üzümə güldü sonbahar,
Həzin bir təbəssüm dodağa gəldi.
Üfüqdən boylandı qırmızı Günəş,
Şəkili ağappaq yanağa gəldi.

Yarpaqlar budaqda alışdı, yandı,
Küçələr al-əlvan nura boyandı...
Alagöz gözəllər tezdən oyandı,
Sənəklə,...
Bu yayın istisi bir az çox oldu Vahid Çəmənli

Bu yayın istisi bir az çox oldu Vahid Çəmənli


Doldurub kömürü, basdı körüyü,
Şəfəqlər hər biri yanar ox oldu.
Çaylarım qurudu, qaldı köpüyü,
Bu yayın istisi bir az çox oldu.

Vədəsiz saraldı dağda lalələr,
Boşaldı, boş qaldı zər piyalələr,
Sızqa suya döndü gur şəlalələr,
Bu...
Zirvələrə boylanıram Vahid Çəmənli

Zirvələrə boylanıram Vahid Çəmənli



Zirvələrə boylanıram,
Hər tərəfi ağ görünür.
Yamaclarda dolanıram.
Gül-çiçəkli bağ görünür.

Qaçhaqaçda keçir ilim,
Yanır əlim, yanır dilim.
Yurda həsrət qalan elim,
Sinənizdə dağ görünür.

Sözlərini uda-uda,
  • Zirvələr
  • dağlar
  • yamaclar
  • bulaqlar
  • Yurd yerləri
  • Gül-Çiçək
  • Bağlar
  • Vahid Çəmənli.