Hicran

Reklam
Reklam
Hələ ürəyimdə ayaq izi var Vahid Çəmənli

Hələ ürəyimdə ayaq izi var Vahid Çəmənli

Hələ də qəlbimdə ayaq izi var,
Qəlbimi yoluna sərdiklərimdən.
Neçəsin əfv etdim, amma neçəsi
Gizlədir gözünü gördüklərimdən.

Can dedim, can verdim haqqın yolunda,
Haqqına girmədim qara qulun da.
Heyif, həyatımın dolaylarında,
Qeyb edib, huşumdan...
AĞDAM AZAD AĞDAMDI VAHİD ÇƏMƏNLİ

AĞDAM AZAD AĞDAMDI VAHİD ÇƏMƏNLİ

AMMA BİLİM, AĞDAM AZAD AĞDAMDI

VAHİD ÇƏMƏNLİ

Ağdamıma həsrət qaldı gözlərim,
Ahıl çağım, nə ağrılı zamandı.
Ağdama yox, Quzanlıya sığındım,
Məni düzgün anlayın haa, amandı.

Quzanlı da öz yurdum, öz məskənim,
Üçoğlana...
Gəzərsən Vahidi bir gün çıraqla Vahid Çəmənli

Gəzərsən Vahidi bir gün çıraqla Vahid Çəmənli

Axı neyləmişəm ay gülüm sənə,
Çıxırsan qarşıma qaşla-qabaqla.
Vallahi, verirsən çox zülüm mənə,
Keçir ömrüm, günüm kədərlə, ahla.

Deyirəm, solmayıb hələ eşqimiz,
Bənzəyir çiçəyə, gülə eşqimiz...
Deyirsən, - “Olmasın belə eşqimiz,
Şirin...
Bu mənəm, gəlmişəm, sevdalı diyar Vahid Çəmənli

Bu mənəm, gəlmişəm, sevdalı diyar Vahid Çəmənli



Bu mənəm, gəlmişəm, sevdalı diyar,
Sən məni səsimdən tanımadınmı?
İsti əllərimin hərarətindən,
Odlu nəfəsimdən tanımadınmı?

Bir cüt ala gözdən düşmüşəm sehrə,
Sevirəm, baxmıram qəzaya, qəhrə,
Sevgiyə, nəğməyə, ülfətə, mehrə,
  • Sevdalı diyar
  • Xəzan
  • Hicran nəğmğsi
  • Sevgi
  • Ülfət
  • mehr
  • sədaqət
  • Vahid Çəmənli
  • Bu gediş bir yuxu idi Vahid Çəmənli

    Bu gediş bir yuxu idi Vahid Çəmənli

    Bu gediş bir yuxu idi,
    Yoxsa məndən qaçmazdın sən,
    Xəyalımın səmasından
    Ulduz kimi uçmazdın sən,

    Gözlərimə gizli-gizli,
    Boylanaraq sözlü-sözlü,
    Başımıza sizli-bizli,
    Belə oyun açmazdın sən.

    İndi nədi bu minnətin?
    Olsa da min...
    Bilmirəm, nə üzlə gəlim yanına Vahid Çəmənli

    Bilmirəm, nə üzlə gəlim yanına Vahid Çəmənli

    Bilmirəm, nə üzlə gəlim yanına?
    Hələ nəzərində durulmamışam.
    Hələ tələsməyək vüsal anına,
    Hələ hicranından yorulmamışam.

    Ürəkdən sevməyə cürətim yoxdu,
    Hər gün bir gözələ salıram meyil.
    Hələ otagımda çatmayan çoxdu,
    Hələ nigaranlıq...
    Dedim bu yanmaqla kül ollam yəqin Vahid Çəmənli

    Dedim bu yanmaqla kül ollam yəqin Vahid Çəmənli


    Necə can atardıq bir-birimizə,
    Necə yaxın idi orbitlərimiz.
    Qalıb gəlməliydik iradəmizə,
    Ölümə məhkumduq qovuşsaydıq biz.

    Ölümə məhkumdu qəmli gülüşlə
    Mənasız ötüşən gənclik çağımız.
    Ölümə məhkumdu soyuq görüşlər,
    Könül həsrətimiz,...
    Ay mənim bənövşəm düşmüşəm bəndə Vahid Çəmənli

    Ay mənim bənövşəm düşmüşəm bəndə Vahid Çəmənli



    Bəxtimə gecikən qonaqdı vüsal.
    Bu eşq şərbətini içə bilmirəm.
    Bu ülvi həsrətə dözə bilmirəm,
    Neyləyim, səndən də keçə bilmirəm.

    Gözlərin könlümü salıb kəməndə,
    Hicrana dözməyə can hanı məndə?
    Ay mənim bənövşəm, düşmüşəm...
    Niyə çırpınırsan ey sevən ürək Vahid Çəmənli

    Niyə çırpınırsan ey sevən ürək Vahid Çəmənli

    Niyə çırpınırsan ey sevən ürək,
    Həmişə əzaba dözməmisənmi?
    Niyə çırpınırsan qəfəsdə quş tək,
    Çəkdiyin cəfadan bezməmisənmi?

    De, ha yanda batdı sevda yıldızın?
    Xəzanmı soldurdu ömrünün yazın?
    Səadətmi verdi, - sevdiyin qızın
    Telinə gül-çiçək...